Azərbaycan II Liqa: "Şəfa" darmadağınla qalib gəldi
Əziz Əzizli
Futbol üzrə Azərbaycan II Liqasında 17-ci tura start verilib.
Operativ Media xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
Çempionatın lideri "Şahdağ Qusar" səfərdə "Şəmkir"lə heç-heçə edib. İkinci pillədə qərarlaşan "Şəfa" isə "Araz Saatlı"ya 10 cavabsız qolla qalib gəlib.