Menyu

"Nyukasl"ın sabiq hücumçusu karyerasını bərpa edib

Əziz Əzizli
"Nyukasl"ın sabiq hücumçusu karyerasını bərpa edib
1 dəq oxu

"Nyukasl"ın sabiq hücumçusu Papiss Demba Sisse BƏƏ-nin üçüncü divizion klubu "Əl-Qabila" ilə müqavilə imzalayıb .

Operativ Media xəbər verir ki, 39 yaşlı seneqallı 2023-cü ilin yayından "Amiens"dən ayrıldıqdan sonra klubsuzdu.

Sisse əvvəllər "Fənərbaxça", "Nyukasl", "Frayburq" və "Metz"də çıxış edib. O, Premyer Liqada 117 oyun keçirib, 37 qol vurub, 8 məhsuldar ötürmə edib.

Əlaqəli Xəbərlər