"Bavariya"nın qapıçısı Manuel Noyer Almaniya millisinə qayıda bilər.
Operativ Media xəbər verir ki, bu haqda "Bild" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Almaniya Futbol Assosiasiyası (DFB) 2024-cü ilin sentyabrında dizindən əməliyyat olunan və mövsümün qalan hissəsini yaşıl meydanlardan kənarda qoyan "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegenin zədəsi ilə əlaqədar 38 yaşlı qolkiperin geri qaytarılması variantını nəzərdən keçirir .
Noyer 2024-cü ilin avqustunda milli karyerasını bitirdiyini açıqlamışdı. Almaniya millisinin heyətində qapıçı 2014-cü il Dünya Çempionu və 2010-cu il Dünya Kubokunun bürünc mükafatçısı, həmçinin Avropa Çempionatının ikiqat bürünc mükafatçısı olub.
Teqlər:
"Noyer Almaniya millisin\u0259 qay\u0131da bil\u0259r"