20 Mart 2025, 12:00
Şahmat tarixində ilk: “Azərbaycan Şahmat Turu”na start verilir
Azərbaycan Şahmat Federasiyası yeni layihə həyata keçirəcək.
Şahmat tarixində ilk: “Azərbaycan Şahmat Turu”na start verilir şəkil
Şahmat tarixində ilk: “Azərbaycan Şahmat Turu”na start verilir

Azərbaycan Şahmat Federasiyası ilk dəfə olaraq bütün ölkəni əhatə edəcək “Azərbaycan Şahmat Turu” – (“Chess Tour Azerbaijan”) layihəsini həyata keçirəcək.

Operativ Media xəbər verir ki, bununla bağlı Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovun rəhbərliyi altında Təşkilat Komitəsinin iclası keçirilib. 

Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov beynəlxalq turnirlər silsiləsinin ölkə şahmatında ilk olduğunu qeyd edib və bütün yarışların yüksək səviyyədə təşkilinin vacibliyini vurğulayıb. 

2025-ci ildə ilk dəfə reallaşacaq “Azərbaycan Şahmat Turu” çərçivəsində ölkədə şahmat üzrə 8 beynəlxalq open yarış təşkil olunacaq. Bütün yarışlar beynəlxalq xarakter daşıyacaq və ölkə üzrə şahmatçıların təcrübəsini artırmağa imkan verəcək. 

Şahmat turu paytaxt Bakıdan başlayacaq. Aprelin 28-dən etibarən paytaxtda “Baku Open” beynəlxalq şahmat festivalına start veriləcək. 18-25 iyun tarixlərində “Sheki Open”, 26 iyun-03 iyulda “Shamakhı Open”, 06-13 iyulda “Lankaran Open”, 15-22 iyulda “Guba Open”, 11-18 noyabrda isə “Ganca Open” və 19-26 noyabrda “Shirvan Open” keçiriləcək. “Azərbaycan Şahmat Turu” çərçivəsində həm də “Vüqar Həşimov Open” turniri baş tutacaq. 

“Azərbaycan Şahmat Turu”yla əlaqədar Azərbaycan Şahmat Federasiyası tərəfindən nəfis tərtibatda yeni sayt istifadəyə verilib. Chess.az saytında şahmatçılar rahat şəkildə turnirlər üçün qeydiyyatdan keçməklə yanaşı həm də yarışla bağlı son xəbərləri izləmək imkanı əldə edəcək. 

Bütün turnirlərdə yerli şahmatçılarla yanaşı həm də xarici iştirakçıların o cümlədən beynəlxalq qrossmeysterlərin iştirakı planlaşdırılır. Qeyd edək ki, regionların bəzi nümayəndələri iclasa onlayn qatılıb.

Son xəbərlər
Emin Əmrullayev: Azərbaycanda Rus bölmələri bağlanacaq deyə bir şey yoxdur
Azərbaycanın stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcəklər
Müəllimlərin 45 faizi gələn ildən 1000 manatdan çox maaş alacaq
İlham Əliyev BMMT-nin növbədənkənar sessiyasının iştirakçılarına müraciət edib
Riyaziyyat müəllimləri üçün sertifikatlaşdırmanın nəticələri açıqlanıb
Emin Əmrullayev: Növbəti il bütün müəllimlər sertifikatlaşdırmadan keçmiş olacaqlar
Nazir: Sertifikatlaşdırma prosesində iştirak edən xarici dil müəllimlərinin 12 faizi uğur qazanıb
Əbu-Dabi görüşü təkbətək formatda davam etdirilir
10 İyul 2025, 11:07