Menyu

Boks 2028-ci il Olimpiya Oyunlarının proqramına qaytarıldı

Əziz Əzizli
Boks 2028-ci il Olimpiya Oyunlarının proqramına qaytarıldı

Boks 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarının idman proqramında yer alacaq.

Operativ Media xəbər verir ki, bununla bağlı qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Yunanıstanın Kosta-Navarino şəhərində davam edən 144-cü sessiyasında verilib.

Beynəlxalq Boks Assosiasiyası (IBA) ilə bağlı narahatlıqlar səbəbindən boks 2022-ci ilin fevralında (BOK) sessiyasının təsdiq etdiyi qərara əsasən Los-Anceles-2028-in proqramından çıxarılmışdı.

Qeyd edək ki, Olimpiada 2028-ci ilin iyulunun 14-30-da keçiriləcək.

Teqlər:

"Boks 2028-ci il Olimpiya Oyunlar\u0131n\u0131n proqram\u0131na qaytar\u0131ld\u0131"

Əlaqəli Xəbərlər