Menyu

"Budyo Qlimt"in prezidenti azərbaycanlı azarkeşi ölkəsinə dəvət etdi

Əziz Əzizli
"Budyo Qlimt"in prezidenti azərbaycanlı azarkeşi ölkəsinə dəvət etdi
1 dəq oxu

Norveçin "Budyo Qlimt" klubunun prezidenti Inge Henning Andersen azərbaycanlı azarkeş Qurban Hacıyevi ölkəsinə dəvət edib.

Operativ Media xəbər verir ki, bu haqda Qurban Hacıyev tiktok hesabında paylaşım edib.

Qurban Hacıyev "Budyo Qlimt" klubunun Azərbaycandakı qatı azarkeşlərindəndir. O, sosial media hesabında azarkeşlik etdiyi komandanın oyunlarını şərh edərək paylaşır.

Qeyd edək ki, klub prezidenti göndərdiyi rəsmi məktubla Qurban Hacıyevi iki ev oyununu izləməyə dəvət edib.

Əlaqəli Xəbərlər