Menyu

Böyük Dəbilqə: Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır

Əziz Əzizli
Böyük Dəbilqə: Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır
1 dəq oxu

Martın 21-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Böyük Dəbilqə turnirinin ilk günündə 4 çəki dərəcəsində Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq. 

Operativ Media xəbər verir ki, kişilər arasında -60 kq çəki dərəcəsində Murad Muradlı, -66 kq çəkidə Nazir Talıbov və Rəşad Yelkiyev medallar uğrunda mübarizə aparacaq.

Qadınların mübarizəsində isə -52 kq çəkidə Aydan Vəlliyeva, -57 kq çəki dərəcəsində Fidan Əlizadə güclərini sınayacaq.

Əlaqəli Xəbərlər