21 Mart 2025, 16:09
Böyük Dəbilqə: Azərbaycan cüdoçusu bürünc medal uğrunda yarışacaq
Tbilisdə keçirilən Böyük Dəbilqə turnirində Azərbaycan cüdoçuları mübarizəyə qoşulub.
Böyük Dəbilqə: Azərbaycan cüdoçusu bürünc medal uğrunda yarışacaq şəkil
Böyük Dəbilqə: Azərbaycan cüdoçusu bürünc medal uğrunda yarışacaq

Bu gün Tbilisidə (Gürcüstan) cüdo üzrə növbəti Böyük Dəbilqə turnirinə start verilib.

Operativ Media xəbər verir ki, turnirin ilk günündə Azərbaycanın 5 idmançısı tatami üzərinə çıxıb. Onlardan biri medal uğrunda mübarizə aparacaq.

66 kq

Rəşad Elkiyev startda Luka Saqanelidzeni (Gürcüstan) məğlub edib, daha sonra Françesko Karqnelutti (İtaliya) və Abdurahim Nutfulloev (Özbəkistan) üzərində qələbə qazanıb. O, yarımfinalda Abrek Naquçevə (IJF) uduzub, o, bürünc medal uğrunda Özbəkistanlı Azizbek Ortibeklə mübarizə aparacaq.

Nazir Talıbov Laşa Nadiradzeyə (Gürcüstan) məğlub olub.

60 kq

Murad Muradlı startda Jaba Papunaşviliyə (Gürcüstan) qalib gəlsə də, daha sonra Enzo Jana (Fransa) məğlub olub.

52 kq

Aydan Vəliyeva Qal-Od Tserentoktokh (Monqolustan) üzərində qələbə qazansa da, 1/4 finalda Amandine Buuşara (Fransa) məğlub olub. Təsəlliverici raundda Vəliyeva Roza Giertaşla (Macarıstan) məğlub olub.

57 kq

Fidan Əlizadə Bianka Reisə (Braziliya) uduzub.

Hüseyn Allahyarov (60 kq) naməlum səbəbdən yarışmayıb.

Son xəbərlər
Ərdoğan gələn ay Azərbaycana gələcək
Litva Rusiyaya nota verib
Əhməd əş-Şara: Suriya İsraillə münasibətlərin normallaşmasında maraqlıdır
Tramp Zelenski ilə Romada görüşə bilər
Zelenski Trampın Krım və NATO ilə bağlı fikirlərinə cavab verib
Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə Ermənistanla normallaşmanı müzakirə edib - YENİLƏNİB1
İstanbulda yenidən zəlzələ olub
Gəncədə qadını maşın vurub