21 Mart 2025, 20:45
Haitinin hücumçusu: "Sabah qələbə qazanmaq istəyirik"
Haiti millisinin hücumçusu Azərbaycan yığması ilə oyundan öncə jurnalistlər qarşısına çıxıb.
Haitinin hücumçusu: "Sabah qələbə qazanmaq istəyirik" şəkil
Haitinin hücumçusu: "Sabah qələbə qazanmaq istəyirik"

Haiti millisinin hücumçusu Fratsdi Pyero Azərbaycan yığması ilə keçiriləcək yoldaşlıq oyunundan öncə mətbuat konfransında iştirak edib.

Operativ Media AEK-də çıxış edən 29 yaşlı forvardın fikirlərini diqqətinizə çatdırır:

- Sabah qələbə qazanmaq istəyirik. Bilirik ki, çətin oyun olacaq. Çünki Azərbaycan millisi çox yaxşı komandadır. Bu matç dünya çempionatının seçmə mərhələsi öncəsi öz vəziyyətimizi dəyərləndirmək üçün yaxşı testdir.

- Uzaq məsafədən gəlməyiniz oyuna təsir edə bilər?

- Oyunçularımızın əksəriyyəti Avropada çıxış edir. Mən özüm Yunanıstanda oynayıram. Bizim Türkiyədə, Fransada çıxış edən futbolçularımız var. Belə olmasaydı da, bu, bizim üçün bəhanə ola bilməzdi. Ən yaxşı performansımızı ortaya qoymağa çalışacağıq.

Son xəbərlər
Zelenski: Rusiyanın kimə hücum etdiyini bütün diplomatlar öz gözləri ilə gördülər
Şamaxıda mikroavtobus qəzaya uğrayıb
Ərdoğan gələn ay Azərbaycana gələcək
Litva Rusiyaya nota verib
Əhməd əş-Şara: Suriya İsraillə münasibətlərin normallaşmasında maraqlıdır
Tramp Zelenski ilə Romada görüşə bilər
Zelenski Trampın Krım və NATO ilə bağlı fikirlərinə cavab verib
Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə Ermənistanla normallaşmanı müzakirə edib - YENİLƏNİB1