Menyu

Lyuis Həmilton Çində keçirilən "Formula 1" mərhələsində sprint yarışının qalibi olub

Əziz Əzizli
Lyuis Həmilton Çində keçirilən "Formula 1" mərhələsində sprint yarışının qalibi olub

"Ferrari" komandasının britaniyalı pilotu Lyuis Həmilton Formula 1 üzrə dünya çempionatının ikinci mərhələsində - Çin Qran Prisində sprint yarışının qalibi olub.

Operativ Media xəbər verir ki, yarış Şanxayda keçirilir.

İkinci yeri avstraliyalı "McLaren" pilotu Oskar Piastri tutub. Üçüncü yeri "Red Bull" komandasından hollandiyalı pilotu Maks Ferstappen tutub.

Formula 1-də sprint yarışları 2021-ci ildən keçirilir. Sprintin qalibi ümumi çempionat sıralamasında 8 xal alır. Həmilton ilk dəfə idi ki, belə bir yarışda qalib gəlib. Britaniyalı sprintdə qalib gələn ilk Ferrari sürücüsü olub.

40 yaşlı Həmilton yeddiqat Formula 1 çempionudur. Britaniyalı "Ferrari" komandası ilə ikinci Qran Prisində yarışır. 2013-cü ildən sürücü "Mercedes"də, 2007-2012-ci illərdə isə "McLaren"də yarışıb.

Teqlər:

"Lyuis H\u0259milton \u00c7ind\u0259 ke\u00e7iril\u0259n \"Formula 1\" m\u0259rh\u0259l\u0259sind\u0259 sprint yar\u0131\u015f\u0131n\u0131n qalibi olub"

Əlaqəli Xəbərlər