Böyük Dəbilqə: Bu gün daha 5 Azərbaycan cüdoçusu tatamiyə çıxacaq
Əziz Əzizli
Martın 22-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Böyük Dəbilqə turnirinin ikinci günündə 3 çəki dərəcəsində 5 cüdoçumuz tatamiyə çıxacaq.
Operativ Media xəbər verir ki, kişilər arasında -73 kq çəki dərəcəsində Qədir Hüseynov və Rüfət Şövlətov, -81 kq çəkidə Məhərrəm İmamverdiyev medallar uğrunda mübarizə aparacaq.
Qadınların yarışında isə -70 kq çəkidə Günel Həsənli və Südabə Ağayeva qüvvəsini sınayacaq.
Teqlər:
"B\u00f6y\u00fck D\u0259bilq\u0259: Bu g\u00fcn daha 5 Az\u0259rbaycan c\u00fcdo\u00e7usu tatamiy\u0259 \u00e7\u0131xacaq"