Menyu

Məşhur boksçu 76 yaşında dünyasını dəyişdi

Əziz Əzizli
Məşhur boksçu 76 yaşında dünyasını dəyişdi
1 dəq oxu

Dünya boksunun əfsanəsi Corc Formen 76 yaşında vəfat edib.

Operativ Media xəbər verir ki, Formen iki dəfə ağır çəki dərəcəsində dünya çempionu və 1968-ci il Yay Olimpiya Oyunlarının qalibi olub. 1974-cü ildə Kinşasada Məhəmməd Əli ilə "Cəngəllikdə gurultu" adlanan və boks tarixinin ən möhtəşəm döyüşlərindən biri sayılan qarşılaşmanı keçirib. Bu döyüş səkkizinci raundda Əlinin qələbəsi ilə başa çatıb.

Formen 1977-ci ildə idmandan gedərək məhəllə kilsəsində keşiş olub. Lakin on il sonra idmana qayıdıb və 1994-cü ildə, 45 yaşında, yenidən ağır çəki dərəcəsində çempion olub. Bu qələbə ilə o, boks tarixində ən yaşlı ağır çəki çempionu kimi tarixə düşüb.

Əlaqəli Xəbərlər