Menyu

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

Əziz Əzizli
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin növbəti iclasında üzv olaraq iştirak edib. 

Operativ Media xəbər verir ki, iclas UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutub. Toplantı zamanı aşağıdakı məsələlər müzakirə olunub:

- Klubların lisenziyalaşdırılması üzrə UEFA tərəfindən Milli Assosiasiyalara dəstək fəaliyyətləri;

- Klublara həmrəylik ödənişlərinin lisenziyalaşdırma sistemi ilə əlaqələndirilməsi;

- UEFA Maliyyə Davamlılığı qaydaları haqqında yeniliklər;

- UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanının fəaliyyətini tənzimləyən prosedur qaydalarında dəyişikliklər;

- Avropa klublarının maliyyə və investisiyalarına dair UEFA-nın hesabatı.

Teqlər:

"AFFA r\u0259smisi UEFA-n\u0131n iclas\u0131nda i\u015ftirak edib"

Əlaqəli Xəbərlər