23 Mart 2025, 10:17
Mahir Emreli: "Futboldur, əsas odur ki, anlayaq, bu, yoldaşlıq oyunudur"
Azərbaycan millisinin üzvü Mahir Emreli Haiti ilə oyun haqqında danışıb.
Mahir Emreli: "Futboldur, əsas odur ki, anlayaq, bu, yoldaşlıq oyunudur" şəkil
Mahir Emreli: "Futboldur, əsas odur ki, anlayaq, bu, yoldaşlıq oyunudur"

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Haitiyə qarşı keçirdikləri yoldaşlıq oyununu şərh edib.

Operativ Media xəbər verir ki, 0:3 hesabıyla bitən matçdan sonra “CBC Sport”a danışan hücumçu bunları deyib:

“Kifayət qədər şanslar yaratdıq, 100 faizlik epizodlarımız oldu, amma yararlana bilmədik. Tez buraxdığımız qol planlarımızı pozdu. Həftə ərzində rəqibi necə qarşılayacağımızı danışmışdıq. Buraxılan qol planları pozdu. Belə olanda da irəli çıxdıq. Evdə oynayırdıq və qələbə qazanmaq istəyirdik. Vura biləcəyimiz anda qol buraxdıq. Futboldur, əsas odur ki, anlayaq, bu, yoldaşlıq oyunudur. Məşqçi yeni metodlar yoxlayırdı. Gənc oyunçular üçün də yeni təcrübə oldu. Uşaqlar əllərindən gələni etdilər. Ramazan ayıdır və uşaqlar oruc tutmalarına baxmayaraq, maksimumunu edirlər. Bu oyunu təhlil edib, səhvlərimizi anlayıb, Belarusla matçda qələbə üçün oynamaq lazımdır”.

Mahir əvəzlənən zaman baş məşqçi Fernandu Santuşla danışığından söz açdı:

“Santuş dedi ki, yaxşı idin. Taktiki baxımdan söhbətlərimiz oldu”.

Son xəbərlər
Tovuz döyüşlərindən 5 il ötür
Mişustin Pakistana nümayəndə təyin edib
Peskov: İndi hərbi senzura dövrüdür
"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi transfer etdi
Tramp Rusiyaya qarşı sanksiyaları açıqlaya bilər
Yevlaxda yol qəzası olub
Zelenski: ABŞ Ukraynaya silah tədarükünü bərpa edib
Cəlilabadda ev yanıb