Menyu

"Qarabağ"ın futbolçusu millinin heyətindən kənarlaşdırıldı

Əziz Əzizli
"Qarabağ"ın futbolçusu millinin heyətindən kənarlaşdırıldı

Azərbaycan milli komandasının futbolçusu Elvin Cəfərquliyev düşərgədən kənarlaşdırılıb.

Operativ Media offsideplus.az saytına istinadən xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli məlumat yayıb.

Onun sözlərinə görə, buna futbolçunun dünən Haiti yığmasına qarşı oyunda qırmızı vərəqə alması səbəb olub: "Haiti ilə beynəlxalq yoldaşlıq görüşü FIFA-nın təqvimi əsasında keçirildiyindən, bu oyunda rəsmi matçlarda tətbiq olunan qaydalar keçərli idi. Bu səbəbdən Elvin Cəfərquliyev növbəti yoldaşlıq oyununda forma geyinə bilməz. O, dünənki qarşılaşmadan sonra milli komandanın düşərgəsindən yola salınıb".

Teqlər:

"\"Qaraba\u011f\"\u0131n futbol\u00e7usu millinin hey\u0259tind\u0259n k\u0259narla\u015fd\u0131r\u0131ld\u0131"

Əlaqəli Xəbərlər