23 Mart 2025, 18:15
İlham Yadullayev: "Uelslə oyunda hər iki komanda qalib gələ bilərdi"
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev Uelslə keçirilən oyun haqda danışıb.
İlham Yadullayev: "Uelslə oyunda hər iki komanda qalib gələ bilərdi" şəkil
İlham Yadullayev: "Uelslə oyunda hər iki komanda qalib gələ bilərdi"

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi İlham Yadullayev Albaniyanın Elbasan şəhərində keçirilən Avropa çempionatının II seçmə mərhələsinin oyunları ilə bağlı fikirlərini bildirib.

Operativ Media xəbər verir ki, o, bu haqda Affa.az saytına danışıb.

Baş məşqçi əvvəlcə B Liqasının 6-cı qrupu çərçivəsində meydan sahibləri Albaniya yığmasına (1:4) qarşı keçirilən ilk oyunu dəyərləndirib:

“Turnirə yaxşı hazırlaşmışdıq. Hər iki rəqib güclü idi. İlk oyunumuz meydan sahibləri Albaniya yığmasına qarşı oldu. Standart vəziyyətdən erkən qol buraxdıq. Matçın startında uşaqlarda həyəcan hiss olunurdu. Hissənin sonlarına yaxın oyunu bərabərləşdirdik. İkinci hissəyə ön xətdə pressinqlə başladıq və bunun bəhrəsini gördük. Bərabərlik qolundan sonra irəlidə təzyiqi davam etdirmək istədik. Ancaq qısa müddətdə qapımızda ikinci qolu buraxdıq. Bundan sonra hücuma atılsaq da, rəqib əks-hücumlarla daha iki dəfə fərqləndi”.

İlham Yadullayev U-17-nin Uels seçməsi ilə heç-heçə etdiyi (0:0) qarşılaşmada daha inamlı oyun sərgilədiyini deyib: “Albaniya texniki cəhətdən yaxşı komanda idisə, Uels fiziki və taktiki cəhətdən güclü görünürdü. Bərabər səviyyədə mübarizə getdi. Birinci hissədə qapımıza təyin edilən penaltini qapıçımız dəf etdi. Bu, futbolçularımızda ruh yüksəkliyi yaratdı. Qol vurmaq üçün imkanlarımız oldu. Elə mübarizə getdi ki, hər iki komanda qalib gələ bilərdi. Uşaqlarda həyəcan olmadığından, bu dəfə daha rahat çıxış etdilər. İki oyunda 1 xal toplamağımıza görə təəssüflənirəm. Ancaq gələcəkdə daha uğurlu nəticələr qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Son xəbərlər
Sabah hava necə olacaq? - PROQNOZ
"Mançester Siti" 6 futbolçusu ilə vidalaşa bilər
Zəngəzur dəhlizi hansısa şirkətə verilə bilərmi?
Paşinyan: Biz Azərbaycanla ikitərəfli ticarət əlaqələrini bərpa etməyə maraqlıyıq
Sentyabrda PMS imtahanı elektron formada olacaq
“Real” oyun formalarındakı reklamlardan əldə olunan gəlirlər üzrə liderdir
Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub
Hansı ixtisas qrupuna maraq daha çoxdur?