Menyu

Azərbaycan millisinin oyunlarının təqvimi dəqiqləşdi

Əziz Əzizli
Azərbaycan millisinin oyunlarının təqvimi dəqiqləşdi

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki oyunlarının təqvimi dəqiqləşib.

Operativ Media xəbər verir ki, buna Millətlər Liqasının 1/4 final matçlarından sonra aydınlıq gəlib.

Ukrayna və İslandiya komandalarının ardından Fransa da yığmamızın yer aldığı D qrupuna düşüb.

“Üçrənglilər” Xorvatiyanı üstələməklə buna nail olublar. Tərəflər arasında baş tutan hər iki oyunda meydan sahibləri 2:0 hesabı ilə qələbə qazanıblar. Parisdəki cavab görüşünün penaltilər seriyasında 5:4 hesablı qələbə qazanan Fransa yığması cütün qalibi olub.

5 sentyabr 2025

22:45. İslandiya – Azərbaycan

22:45. Ukrayna – Fransa

9 sentyabr

20:00. Azərbaycan – Ukrayna

22:45. Fransa – İslandiya

10 oktyabr

22:45. Fransa – Azərbaycan

22:45. İslandiya – Ukrayna

13 oktyabr

22:45. İslandiya – Fransa

22:45. Ukrayna – Azərbaycan

13 noyabr

21:00. Azərbaycan – İslandiya

23:45. Fransa – Ukrayna

16 noyabr

21:00. Azərbaycan – Fransa

21:00. Ukrayna - İslandiya

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Teqlər:

"Az\u0259rbaycan millisinin oyunlar\u0131n\u0131n t\u0259qvimi d\u0259qiql\u0259\u015fdi"

Əlaqəli Xəbərlər