26 Mart 2025, 08:26
Xəyal Əliyev: "Ümumi komanda olaraq yaxşı oynadıq"
Azərbaycan millisinin üzvü Xəyal Əliyev Belarusla oyundan sonra fikirlərini bölüşüb.
Xəyal Əliyev: "Ümumi komanda olaraq yaxşı oynadıq" şəkil
Xəyal Əliyev: "Ümumi komanda olaraq yaxşı oynadıq"

Mənim üçün gözəl təcrübə oldu.

Operativ Media xəbər verir ki, bunu Belarusla oyundan sonra "CBC Sport"a açıqlamasında Xəyal Əliyev deyib.

O, öz səhvlərindən qollar buraxdığını bildirib.

"İlk hissə yaxşı oynadıq. İkinci hissə bəzi məqamlarda yenə öz səhvlərimizdən qollar buraxdıq. Ümumi komanda olaraq yaxşı oynadıq".

Gənc futbolçu milli komandanın onun üçün gözəl təcrübə olduğunu vurğulayıb.

"Toplanışa yaxşı hazırlaşmışdıq. Öz səhvlərimizdən qollar buraxdıq və məğlub olduq. İnşallah gələcəkdə daha yaxşı olacaq. İlk dəfə idi əsas milli komandaya çağrılırdım. Gözəl təcrübə oldu mənim üçün. Məşqçiyə təşəkkür edirəm. Əsas heyətdə mənə şans verdi və mən bu şansdan istifadə etdim. Gələn oyunlara daha yaxşı hazırlaşıb qələbə qazanacağıq".

Qeyd edək ki, Azərbaycan milli komandası Belarus yığmasına 0-2 hesabı ilə məğlub olub.

Son xəbərlər
"Turan Tovuz" "Traktor"la qarşılaşacaq
Suriya lideri Azərbaycana gəlib - YENİLƏNİB
FHN əhaliyə müraciət edib
Bazar günü 41 dərəcə isti olacaq - PROQNOZ
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
Gecikdirilmiş 160 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib
"Qarabağ" dünya reytinqində 12 pillə gerilədi
Azərbaycan Ordusunda müxtəlif xarici dillər üzrə təşkil olunmuş kursların buraxılış mərasimi keçirilib