26 Mart 2025, 11:15
Mert Çelik: "Xalqımızdan, ölkəmizdən üzr istəyirik"
Azərbaycan millisinin üzvü Mert Çelik Belarus yığması ilə oyundan sonra fikirlərini bölüşüb.
Mert Çelik: "Xalqımızdan, ölkəmizdən üzr istəyirik" şəkil
Mert Çelik: "Xalqımızdan, ölkəmizdən üzr istəyirik"

Xalqımızı sevindirmək üçün əlimizdən gələni edəcəyik.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan millisinin üzvü Mert Çelik Belarusla oyundan sonra "CBC Sport"a açıqlamasında deyib.

 O, komandanın məğlubiyyətindən kədərləndiklərini və azarkeşlərə sevinc bəxş etmək üçün daha çox çalışacaqlarını bildirib.

“Həqiqətən çox üzgünük. Komanda olaraq qalib gəlmək istəyirdik. Bu oyuna da yaxşı hazırlaşmışdıq. Amma təəssüf ki, məğlub olduq. Çox məyusuq. Başqa deyəcək bir sözüm yoxdur. Xalqımızdan, ölkəmizdən üzr istəyirik. Onları məyus edirik, amma ümid edirik ki, tezliklə onları sevindirəcəyik.”

Mert Çelik milli komandaya dəvət aldığı üçün qürur hissi keçirdiyini də vurğulayıb:

“Mən həmişə işimi ən yaxşı şəkildə görməyə çalışıram – həm klubumda, həm də burada. Baş məşqçimizin qərarı ilə komandaya dəvət aldım. Beş il əvvəl ilk dəfə milliyə çağırılmışdım, oynamaq isə bu günə qismət oldu. İnşallah, bu davamlı olar və həmişə burada yer alaram. Çünki burada olmağın dəyərini bilirəm və hiss edirəm. Bu, çox böyük bir məsuliyyətdir. Əsas məsələ buraya layiq olmaqdır. Ümid edirəm ki, hər zaman komandaya kömək edə biləcəyəm.”

Futbolçu qarşıdakı oyunlara daha yaxşı hazırlaşacaqlarını da əlavə edib:

“Təbii ki, hər oyundan sonra çatışmazlıqlarımızı görür və analiz edirik. Bu oyun bizim üçün bir test oldu. Ancaq səhvlərimizi düzəldib, növbəti matçlarda daha yaxşı çıxış etməliyik. Daha çox hücum etməli, daha yaxşı müdafiə olunmalı və komanda şəklində daha nizamlı oynamalıyıq. İnanıram ki, birlikdə olanda həm ölkəmiz, həm də komandamız üçün daha parlaq bir gələcək quracağıq.”

Son xəbərlər
Tovuz döyüşlərindən 5 il ötür
Mişustin Pakistana nümayəndə təyin edib
Peskov: İndi hərbi senzura dövrüdür
"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi transfer etdi
Tramp Rusiyaya qarşı sanksiyaları açıqlaya bilər
Yevlaxda yol qəzası olub
Zelenski: ABŞ Ukraynaya silah tədarükünü bərpa edib
Cəlilabadda ev yanıb