Menyu

"Qarabağ"ın gənc hücumçusu Norveç klubunda çıxış edə bilər

Əziz Əzizli
"Qarabağ"ın gənc hücumçusu Norveç klubunda çıxış edə bilər

"Qarabağ"ın futbolçusu Nəriman Axundzadə karyerasını ölkə xaricində davam etdirəcək.

Operativ Media Football.az-a istinadən xəbər verir ki, 20 yaşlı hücumçu Norveçin "Molde" klubuna keçəcək.

O, transfer məsələsini həll etmək üçün artıq Skandinaviya ölkəsinə yollanıb. Baş tutacaq keçidin detalları hələlik açıqlanmasa da, "Molde"nin Ağdam təmsilçisinə təxminən 400 min avro ödəyəcəyi gözlənilir.

Qeyd edək ki, N.Axundzadə bu mövsüm "Qarabağ"ın heyətində bütün turnirlərdə 32 oyun keçirib, 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "köhlən atlar"la müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.

Teqlər:

"\"Qaraba\u011f\"\u0131n g\u0259nc h\u00fccum\u00e7usu Norve\u00e7 klubunda \u00e7\u0131x\u0131\u015f ed\u0259 bil\u0259r"

Əlaqəli Xəbərlər