Menyu

Azərbaycanın fiqurlu konkisürəni Qış Olimpiya Oyunlarına lisenziya qazandı

Əziz Əzizli
Azərbaycanın fiqurlu konkisürəni Qış Olimpiya Oyunlarına lisenziya qazandı
1 dəq oxu

Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanıb.

Operativ Media xəbər verir ki, o, bu uğura ABŞ-ın Boston şəhərində təşkil olunan fiqurlu konkisürmə üzrə dünya çempionatında nail olub.

İdmançımız qısa və sərbəst proqramda 233,31 xal toplayıb və 39 idmançı arasında 15-ci yeri tutaraq Olimpiadada iştirak hüququ əldə edib.

Qeyd edək ki, Qış Olimpiya Oyunları 2026-cı il fevralın 6-dan 26-dək İtaliyanın Milan və Kortina d'Ampetso şəhərlərində keçiriləcək

Əlaqəli Xəbərlər