31 Mart 2025, 10:38
Qadın şahmatçılar arasında şəxsi Avropa çempionatına start verilir
Azərbaycanın 8 qadın şahmatçısı şəxsi Avropa çempionatında iştirak edəcək.
Qadın şahmatçılar arasında şəxsi Avropa çempionatına start verilir şəkil
Qadın şahmatçılar arasında şəxsi Avropa çempionatına start verilir

Bu gün Yunanıstanın Rodos adasında qadın şahmatçılar arasında şəxsi Avropa çempionatına start veriləcək. 

Operativ Media xəbər verir ki, qitə birinciliyində Azərbaycanı 8 şahmatçı təmsil edəcək. Avropa çempionatında yarışın son qalibi Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova, Səbinə İbrahimova, Nərmin Abdinova və Lalə Hüseynova mübarizə aparacaq. 

Ümumilikdə 137 şahmatçının iştirak edəcəyi Avropa çempionatının reytinq favoriti Nino Batsiaşvili (Gürcüstan) olacaq. Turnirin mükafat fondu 60 min avroya bərabərdi. Çempion olacaq şahmatçı 10 min avro pul mükafatı əldə edəcək. 

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçiriləcək yarış 11 turdan ibarət olacaq. Avropa çempionatında ilk 10 yeri tutacaq şahmatçılar Dünya Kubokuna vəsiqə qazanacaq.

Son xəbərlər
AQTA azad olunan ərazilərdə fitosanitar monitorinqlər keçirib
Sabah hava necə olacaq? - PROQNOZ
"Mançester Siti" 6 futbolçusu ilə vidalaşa bilər
Zəngəzur dəhlizi hansısa şirkətə verilə bilərmi?
Paşinyan: Biz Azərbaycanla ikitərəfli ticarət əlaqələrini bərpa etməyə maraqlıyıq
Sentyabrda PMS imtahanı elektron formada olacaq
“Real” oyun formalarındakı reklamlardan əldə olunan gəlirlər üzrə liderdir
Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub