Menyu

Dani Alveş həbsdə qaldığı müddət üçün təzminat ala bilər

Əziz Əzizli
Dani Alveş həbsdə qaldığı müddət üçün təzminat ala bilər

"Barselona", "Yuventus" və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş həbsdə qaldığı 405 gün üçün pul təzminatı almaq hüququna malikdir.

Operativ Media xəbər verir ki, bu haqda "Marca" nəşri yayıb.

Mənbənin sözlərinə görə, ödənişin məbləği 20 min avro ola bilər.

Bu, İspaniya Ali Məhkəməsinin zorlama işi üzrə ilkin hökmü ləğv etməsindən sonra mümkün olub. İndi braziliyalı qanunsuz saxlandığına görə təzminat tələb edə bilər.

Bundan əlavə, Alveş müqavilənin vaxtından əvvəl ləğvi üçün Pumasdan 2 milyon avro toplamaq niyyətindədir. Məhkəmə ona bəraət verərsə, müqaviləyə xitam verilməsi əsassız sayılacaq.

Alveş əvvəllər zorlama ittihamı ilə 4,5 il həbs cəzasına məhkum edilmişdi, lakin indi işə yenidən baxılır.

Teqlər:

"Dani Alve\u015f h\u0259bsd\u0259 qald\u0131\u011f\u0131 m\u00fcdd\u0259t \u00fc\u00e7\u00fcn t\u0259zminat ala bil\u0259r"

Əlaqəli Xəbərlər