Menyu

AFFA rəsmisi UEFA-dan təyinat aldı

Əziz Əzizli
AFFA rəsmisi UEFA-dan təyinat aldı
1 dəq oxu

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Operativ Media xəbər verir ki, o, qadınlar arasında UEFA Millətlər Liqasının Şimali Makedoniya – Latviya oyununun UEFA nümayəndəsi olacaq.

C Liqasının VI qrupunun III turu çərçivəsində keçiriləcək görüş aprelin 4-də Skopyedə yerləşən Şimali Makedoniya Futbol Federasiyasının Məşq Mərkəzində təşkil olunacaq.

Əlaqəli Xəbərlər