ABL: "Şəki" "Lənkəran"ı məğlub edib pley-offa yüksəldi
Əziz Əzizli
Bu gün Basketbol üzrə Azərbaycan Liqasında 20-ci tura start verilib.
Operativ Media xəbər verir ki, bu, adi mövsümün sonuncu turudur və bundan sonra 1/8 finalın oyunlarına start veriləcək.
20-ci turun ilk oyununda "Lənkəran" doğma meydanda "Şəki"ni qəbul edib. Qonaqlar inamlı qələbə qazanaraq B qrupunda birinci yeri tutaraq vaxtından əvvəl pley-offa yüksəliblər.