AFFA-nın baş katibi "Barselona” klubunun nümayəndələri ilə görüşüb
Əziz Əzizli
İspaniyanın “Barselona” klubunun Avropa, Orta Şərq və Afrika (EMEA) üzrə akademiyalarının rəhbəri Mark Sabate Ferre, həmçinin klubun Avropa və Afrika üzrə akademiyalarının texniki koordinatoru Bernat Vilya Ay Qorris Azərbaycana səfər çərçivəsində AFFA-da olublar.
Operativ Media xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Onlar AFFA-nın baş katibi Cahangir Fərəcullayevlə görüşüblər. Görüş zamanı “Barselona”nın Azərbaycanda açılacaq akademiyası ilə bağlı fikir mübadiləsi aparılıb. İspaniya klubunun nümayəndələri AFFA-nın baş katibinə xatirə hədiyyəsi təqdim ediblər.
Teqlər:
"AFFA-n\u0131n ba\u015f katibi \"Barselona\u201d klubunun n\u00fcmay\u0259nd\u0259l\u0259ri il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"