Dembele: "Fransa kubokunu qazanmaq üçün hər şeyi edəcəyik"
Əziz Əzizli
PSJ-nin hücumçusu Usman Dembele Fransa kubokunun yarımfinalında qazanılan qələbəni (4:2) şərh edib.
Operativ Media xəbər verir ki, o, bu haqda Fransa mətbuatına danışıb.
"Rəqib meydançamızın yarısına iki dəfə keçdi və iki qol vurdu. Amma biz diqqətimizi cəmlədik və bilirdik ki, oyuna qayıtmaq şansımız olacaq. Fasilədən əvvəl vurduğum qol komandaya inam verdi, biz bilirdik ki, bizim başqa imkanlarımız olacaq. Xüsusilə hücumun son mərhələsində sakit qalmaq və tələsməmək lazım idi".
Fransa kubokunun finalında PSJ "Kann" - "Reyms" matçının qalibi ilə oynayacaq.