Menyu

Azərbaycan millisi FİFA reytinqində gerilədi

Əziz Əzizli
Azərbaycan millisi FİFA reytinqində gerilədi
1 dəq oxu

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Operativ Media xəbər verir ki, Azərbaycan millisinin də mövqeyi müəyyənləşib.

Ötən ay yoldaşlıq görüşlərində Haiti (0:3) və Belarusa (0:2) məğlubiyyət komandamızın iki pillə geriləməsinə səbəb olub. Fernandu Santuşun yetirmələri 2025-ci ilin ilk siyahısında 1150,64 xalla 119-cu yerdədir.

Qeyd edək ki, reytinqə 1886,16 xalla Argentina başçılıq edir. İspaniya (1854,64) ikinci, Fransa (1852,71) üçüncü sıradadır.

Əlaqəli Xəbərlər