Menyu

Azərbaycan və AYİB arasında yaşıl enerjiyə keçid məsələsi ilə bağlı müzakirələr aparılıb

Nərmin Qocamanlı
Azərbaycan və AYİB arasında yaşıl enerjiyə keçid məsələsi ilə bağlı müzakirələr aparılıb
1 dəq oxu

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının AYİB Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.

"Görüş zamanı Azərbaycan - AYİB əməkdaşlığının prioritet istiqamətləri, sosial infrastrukturun inkişafı sahəsində həyata keçirilən layihələr, yaşıl enerjiyə keçid və dövlət-özəl tərəfdaşlığı üzrə təşəbbüslər barədə müzakirələr apardıq",- məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər