Menyu

AFFA "Sabah"ın məşqçisini 5 oyunluq cəzalandırdı

Əziz Əzizli
AFFA "Sabah"ın məşqçisini 5 oyunluq cəzalandırdı

AFFA İntizam Komitəsi bu gün iclas keçirib.

Operativ Media xəbər verir ki, iclasda aprelin 2-də keçirilən Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları ilə bağlı qərar verilib.

Qərara əsasən, “Neftçi” – “Sabah” matçının 90+3-cü dəqiqəsində qonaqların məşqçisi Aleksey Antonyuk hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun şərti olmaqla 5 oyun cəzalanıb. “Sabah” klubu 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin olunub.

Həmin görüşdə meydan sahihi komandanın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” klubu 1500 manat cərimə edilib.

Bundan başqa, “Araz-Naxçıvan” – “Qarabağ” oyununda “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.

Teqlər:

"AFFA \"Sabah\"\u0131n m\u0259\u015fq\u00e7isini 5 oyunluq c\u0259zaland\u0131rd\u0131"

Əlaqəli Xəbərlər