03 Aprel 2025, 15:08
"Sabah"ın hücumçusu yaşıl meydanlardan nə qədər kənarda qalacaq?
"Sabah"ın hücumçusu Coy-Lens Mikels "Neftçi" ilə oyunda zədələnib.
"Sabah"ın hücumçusu yaşıl meydanlardan nə qədər kənarda qalacaq? şəkil
"Sabah"ın hücumçusu yaşıl meydanlardan nə qədər kənarda qalacaq?

Coy-Lens Mikels Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Neftçi"nin müdafiəçisi Matiasın müdaxiləsindən sonra zədələnərək meydanı tərk edib.

Matçdan sonra sosial şəbəkələrdə futbolçunun zədəli olan ayağının fotosu paylaşılıb. Fotodan göründüyü qədəri ilə Coy-Lens Mikelsin zədəsi ciddidir.

Futbolçunun zədəsinin son vəziyyətini öyrənmək üçün klubun mətbuat xidməti ilə əlaqə saxladıq.

"Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Operativ Media-ya açıqlamasında futbolçunun zədəsibilə bağlı dəqiq məlumatın sabah bilinəcəyini bildirib.

"Mikelsin zədəsi ilə bağlı dəqiq məlumatı ancaq sabah əldə etmək mümkün olacaq. Aldığı zədənin təsirindən hazırda futbolçunun ayağında şişkinlik ( hematoma) yarandığından belə vəziyyətdə MRT müayinəsi ilə tam dəqiq nəticəyə gəlmək çox çətindir. Bu səbəbdən, daha dəqiq məlumatı sabah əldə etmək mümkün olacaq".

Son xəbərlər
Azərbaycanda büdcə xərclərinin proqram təsnifatı genişləndirilib
Son altı ayda əlilliyi olan 8,4 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib
"Karvan" yeni baş məşqçisini açıqladı
DYP sürücülərə xəbərdarlıq edib
"Qarabağ"ın rəqibi müəyyənləşir
Magistratura, rezidentura və kolleclərə tələbə qəbulu nəticələrinin elmi-statistik təhlilinin müzakirəsi keçirilir
Birinci Qarabağ müharibəsində itkin düşən daha bir hərbçi dəfn olunacaq
Yasamalda “BMW” yanıb - VİDEO
16 İyul 2025, 10:38