Menyu

Azərbaycan güləşçiləri Avropa çempionatında iştirak edəcəklər

Əziz Əzizli
Azərbaycan güləşçiləri Avropa çempionatında iştirak edəcəklər

Aprelin 7-dən 13-dək Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatı keçiriləcək.

Operativ Media xəbər verir ki, “X-Bionic” İdman Kompleksində keçiriləcək qitə birinciliyinin ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaq. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında bu heyət AÇ-də çıxış edəcək:

57 kq İslam Bazarqanov

61 kq Nürəddin Novruzov

65 kq Əli Rəhimzadə

70 kq Kənan Heybətov

74 kq Ağanəzər Novruzov

79 kq Orxan Abasov

86 kq Arseniy Djioyev

92 kq Osman Nurmaqomedov

97 kq Abubakr Abakarov

125 kq Giorgi Meşvildişvili

Daha sonra baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 qadın güləşçi xalçaya çıxacaq:

55 kq Elnurə Məmmədova

57 kq Jalə Əliyeva

59 kq Alyona Kolesnik

62 kq Ruzanna Məmmədova

Yarışın sonlarında isə yunan-Roma güləşçilərimiz uğur qazanmağa çalışacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərlik etdiyi heyətdə aşağıdakı güləşçilər yer alıb:

55 kq Eldəniz Əzizli

60 kq Nihat Məmmədli

63 kq Murad Məmmədov

67 kq Həsrət Cəfərov

72 kq Ülvü Qənizadə

77 kq Sənan Süleymanov

82 kq Qurban Qurbanov

87 kq İslam Abbasov

97 kq Murad Əhmədiyev

130 kq Beka Kandelaki

Görüşlər hər gün Bakı vaxtı ilə saat 12:30-da start götürəcək. Yarımfinallar 18:45-də, medallar uğrunda qarşılaşmalar isə 20:00-da başlayacaq.

Avropa çempionatında I-S kateqoriyalı hakimlər Asif Şirəliyevlə Sədi Quliyev ədaləti qoruyacaq.   

Teqlər:

"Az\u0259rbaycan g\u00fcl\u0259\u015f\u00e7il\u0259ri Avropa \u00e7empionat\u0131nda i\u015ftirak ed\u0259c\u0259kl\u0259r"

Əlaqəli Xəbərlər