Menyu

Trampın tariflərindən sonra neftin qiyməti kəskin ucuzlaşıb

Trampın tariflərindən sonra neftin qiyməti kəskin ucuzlaşıb
1 dəq oxu

Neft bazarı ticarət gərginliyinin artması fonunda ucuzlaşmağa davam edir. 

Operativ Media xəbər verir ki, brent markalı neftin bir barelinin qiyməti 6 faiz ucuzlaşaraq, 59 dollardan aşağı düşüb.

Qeyd olunub ki, brent markalı neftin qiyməti 2021-ci ilin fevralından bəri ilk dəfə bir barel üçün 59 dollardan aşağı düşüb.

Qeyd edək ki, dünən ABŞ Çindən idxal olunan məhsullara gömrük rüsumlarını 104%-ə çatdırıb. 

Çin cavab olaraq ABŞ-dən idxal olunan məhsullara tətbiq edilən rüsumları 84%-ə qədər artırıb.

Xatırladaq ki,  Azərbaycandan ABŞ-yə idxal olunan məhsullara 10 faiz rüsum tətbiq edilib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər