Menyu

"Qəbələ" 300-cü qələbəyə çatdı

Əziz Əzizli
"Qəbələ" 300-cü qələbəyə çatdı

“Qəbələ” tarixində 300-cü qələbəsini qazanıb.

Operativ Media xəbər verir ki, bu, I Liqanın 21-ci turunda gerçəkləşib. “Qırmızı-qaralar” Qəbələ şəhər stadionunda “Difai”ni 4:0 hesabı ilə məğlub edib.

300-cü qələbə 720-ci oyunda qeydə alınıb. “Qəbələ” Premyer Liqada 203, Azərbaycan kubokunda 47, I Liqada 39, avrokuboklarda 11 dəfə qalib gəlib.

“Difai” üzərindəki qələbə evdə 170-ci uğur olub. Səfərdə 128 dəfə qalib gələn komandamız 2 dəfə də neytral meydanda sevinib. 

Qeyd edək ki, “Qəbələ”nin ilk qələbəsi 2005-ci il sentyabrın 21-də I Liqanın “Şərur”la matçında rəsmiləşib – 8:0.

Teqlər:

"\"Q\u0259b\u0259l\u0259\" 300-c\u00fc q\u0259l\u0259b\u0259y\u0259 \u00e7atd\u0131"

Əlaqəli Xəbərlər