Menyu

"Zirə"nin hücumçusu 25-ci qolunu vurdu

Əziz Əzizli
"Zirə"nin hücumçusu 25-ci qolunu vurdu

"Zirə”nin futbolçusu Rafael Utziq Azərbaycan çempionatlarında 25-ci qolunu vurub.

Operativ Media xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqasının 30-cu turuna təsadüf edib.

Braziliyalı “Neftçi” ilə görüşdə dubla imza atıb. İlk top onun Premyer Liqada ümumilikdə 25-ci, “Zirə” forması ilə 10-cu qolu olub.

Qeyd edək ki, Premyer Liqada “Qəbələ”də də çıxış etmiş Rafael ümumilikdə 124, “Zirə”də 43 matç keçirib.

Teqlər:

"\"Zir\u0259\"nin h\u00fccum\u00e7usu 25-ci qolunu vurdu"

Əlaqəli Xəbərlər