14 Aprel 2025, 11:59
Filip Ozobiç 15-ci qolunu vurdu
"Zirə" ilə matç "Neftçi"nin futbolçusu Filip Ozobiç üçün əlamətdar olub.
Filip Ozobiç 15-ci qolunu vurdu şəkil
Filip Ozobiç 15-ci qolunu vurdu

Filip Ozobiç “Neftçi” forması ilə Azərbaycan çempionatlarında 15-ci qolunu vurub.

Operativ Media xəbər verir ki, Xorvatiya əsilli yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XXX turuna təsadüf edib.

O, “Zirə” ilə ev oyununda (2:4) hesabı açıb. Ozobiç karyerasında 3-cü klubla Premyer Liqada 15 və daha çox qol vurub. O, “Qəbələ”də 16, “Qarabağ”da 35 dəfə fərqlənib.

Filip ölkə çempionatları tarixində 3 fərqli klubda məhsuldarlıq göstərən 6-cı, ən azı 3 komandada bunu bacaran 7-ci futbolçu olub. Onadək Qurban Qurbanov (“Daşqın”, “Turan”, “Neftçi”), Samir Əliyev (MOİK, “Neftçi”, “Xəzər Lənkəran”), Rövşən Əhmədov (“Turan”, “Kəpəz”, “Şəmkir”), Kənan Kərimov (“Qarabağ”, “Şəmkir”, “Turan”), Fərrux İsmayılov (“Bakı”, “Neftçi”, “Karvan”) üç komandada 15 və ya daha çox qola imza atıb.

Mütləq rekord isə Nazim Əliyevə məxsusdur. O, 4 klubla – “Xəzər” (Sumqayıt), “Neftçi”, “Qarabağ” və “Bakı”da (əvvəlki “Dinamo”) belə məhsuldarlıq göstərib.

Son xəbərlər
"Arsenal" danimarkalı yarımmüdafiəçi transfer etdi
Azərbaycan Ordusunda “Ən yaxşı IT mütəxəssisi” adı uğrunda yarış keçirilib
Rusiya klubu Premyer Liqadan kənarlaşdırıldı
Bakı-Ürgənc reyslərinin qiyməti açıqlanıb
XİN Abu-Dabi görüşünün yekunlarına dair bəyanat yayıb
"Karvan" qapıçısı ilə müqaviləni yenilədi
Əbu-Dabi görüşü Azərbaycan-Ermənistan danışıqlarında müddətinə görə tarixə düşüb
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib
10 İyul 2025, 14:29