14 Aprel 2025, 15:51
Azərbaycanlı hakim "Ginnesin Rekordlar Kitabı"na düşdü
Azərbaycanlı şahmat hakimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Azərbaycanlı hakim "Ginnesin Rekordlar Kitabı"na düşdü şəkil
Azərbaycanlı hakim "Ginnesin Rekordlar Kitabı"na düşdü

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Operativ Media xəbər verir ki, o, şahmat yarışlarında ən uzun müddətli kişi hakim kimi qeydiyyata alınıb. F.Həsənov 60 il 149 gün ərzində şahmat turnirlərində ədalət prinsiplərini qorumağa çalışıb.

Bununla bağlı "Ginnesin Rekordlar Kitabı"nın rəsmi nümayəndəsi Şeyda Subaşı məlumatların yoxlanıldığını, tələb olunan şərtlərin tam yerinə yetirildiyini bildirib. Səbəbkara rəsmi sertifikat verilib.

Təqdimat F.Həsənovun 85 illik yubileyi münasibətilə keçirilən tədbirdə baş tutub. Yubiley tədbirinə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti, eləcə də FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, Gürcüstan Şahmat Federasiyasının prezidenti Akakiy İaşvili, beşqat dünya çempionu Nona Qaprindaşvili və başqaları qatılıblar.

Son xəbərlər
Azərbaycanda büdcə xərclərinin proqram təsnifatı genişləndirilib
Son altı ayda əlilliyi olan 8,4 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib
"Karvan" yeni baş məşqçisini açıqladı
DYP sürücülərə xəbərdarlıq edib
"Qarabağ"ın rəqibi müəyyənləşir
Magistratura, rezidentura və kolleclərə tələbə qəbulu nəticələrinin elmi-statistik təhlilinin müzakirəsi keçirilir
Birinci Qarabağ müharibəsində itkin düşən daha bir hərbçi dəfn olunacaq
Yasamalda “BMW” yanıb - VİDEO
16 İyul 2025, 10:38