"Bavariya"nın hücumçusu Kinqsli Koman karyerasını İngiltərədə davam etdirə bilər.
Operativ Media-nın məlumatına görə, bu haqda "Sky Sports" xəbər verir.
Mənbənin məlumatına görə, 28 yaşlı fransızla "Arsenal" maraqlanır. Londonlular transferin mümkünlüyünü öyrənmək üçün artıq Münhen komandası ilə əlaqə saxlayıb.
Bu mövsüm Koman 35 oyun keçirib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.