"Çelsi" "Brayton"un 22 yaşlı hücumçusu Georginho Rutter ilə maraqlanır və onu qarşıdakı transfer pəncərəsində almaq imkanını nəzərdən keçirir.
Operativ Media xəbər verir ki, bu haqda idman jurnalisti Patrick Berger məlumat yayıb.
"Renn" gənclər komandalarından keçən Rutter 2023-cü ildə İngiltərənin "Lids" klubuna transfer olub. 2024-cü ilin avqustunda "Brayton"a keçib.
Rutter bu mövsüm bütün turnirlərdə "Brayton"da 34 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir.
"Transfermarkt"ın məlumatına görə, futbolçunun bazar dəyəri 32 milyon avrodur.