AVRO-2026-nın əsas mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün son oyununa çıxıb.
Operativ Media xəbər verir ki, Azərbaycan millisi Bakı idman Sarayında Xorvatiya yığması ilə üz-üzə gəlib. Fasiləyə qədər rəqib 3 qol vurub və hesabda üstünlük qazanıb. İkinci hissədə komandamız Oktay Rüstəmli ilə fərqi azaltsa da, rəqibin yenidən fərqlənməsinə mane ola bilməyib. Yekunda qələbə qazanan Xorvatiya yığması Avropa çempionatının final mərhələsinə yenilgisiz vəsiqə qazanıb.