17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.
Operativ Media xəbər verir ki, Aqil Nəbiyevin yetirmələri Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-17-nin heyətində qələbə qolunu 10-cu dəqiqədə Pünhan Kərimov vurub.