Ermənistan Konstitusiyasını dəyişəcək

admin
Ermənistan Konstitusiyasını dəyişəcək
Ermənistan XİN başçısı bildirib ki, ölkənin Konstitusiyasını dəyişəcək.

"Konstitusiyaya dəyişiklik edəcəyik, amma bu o demək deyil ki, bunu Azərbaycanın tələbi ilə edirik".

Operativ Media xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Sloveniyanın xarici işlər naziri Tanya Fayon ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Ermənistan XİN başçısı bildirib ki, sülh sazişi ratifikasiyadan sonra Konstitusiya Məhkəməsi tərəfindən yoxlanılacaq .

Qeyd edək ki, Sloveniyanın xarici işlər naziri Tanya Fayon aprelin 17-də Azərbaycana səfər edəcək.

 

Digər xəbərlər