16 Aprel 2025, 17:55
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Slovakiyada rəsmi səfərdədir
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Slovakiyada rəsmi səfərdədir.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Slovakiyada rəsmi səfərdədir şəkil
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Slovakiyada rəsmi səfərdədir

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Slovakiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Daniel Zmekonun dəvəti ilə bu ölkəyə rəsmi səfəri başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Səfərin ilk günü Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik K.Vəliyevin slovakiyalı həmkarı general-leytenant D.Zmeko ilə görüşündə hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonra general-polkovnik K.Vəliyev Slovakiya müdafiə nazirinin müavini cənab Martin Voytaşoviç ilə görüşüb.

Tərəflər hər iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığa dair müzakirələr aparıblar.

Son xəbərlər
Orban: Ukraynanın AB-yə üzvlüyü ən böyük təhlükədir
"Qalatasaray" 25-ci çempionluğunu qazandı
Gendelman: İsrail Qəzzanın dərinliklərinə irəliləyir
Sahibə Qafarova Papa XIV Leoya Azərbaycan Prezidentinin təbriklərini çatdırıb
Pezeşkian Qriqoryanla görüşüb
Azərbaycan PL: "Qarabağ" "Kəpəz"məğlub etdi
Hikmət Hacıyev İranın Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
İƏT-in 17-ci Sammiti Xankəndidə keçiriləcək