Ana səhifə / İdman / ABL: "Abşeron" və "Sərhədçi" pley-off-a yüksəldi ABL: "Abşeron" və "Sərhədçi" pley-off-a yüksəldi 16.04.2025, 22:47 Əziz Əzizli Bu gün Basketbol üzrə Azərbaycan Liqasında üçüncü pley-in oyunları keçirilib. Operativ Media xəbər verir ki, mərhələnin son günündə iki qarşılaşma baş tutub: “Abşeron” NTD-ni “Sumqayıt” isə “Sərhədçi”ni qəbul edib. Azərbaycan Basketbol Liqası Pley-in mərhələsi 16 aprel 19:00 "Abşeron" – NTD - 81:74 (19:19, 19:15, 22:21, 21:79) Bakı, İdman Sarayı. Seriyanın hesabı 2:1. Qalib komandanın ən yaxşı oyunçusu dubl-dabl (20 xal + 12 məhsuldar ötürmə) edən Ayinde Hikim olub. 19:00 "Sumqayıt" - "Sərhədçi" - 94:96 (16:20, 27:20, 25:32, 26:24) Sumqayıt, USC. Seriyanın hesabı 1:2. Qalib komandanın ən yaxşı oyunçusu tripl-dabl (31 xal + 12 ribaund + 14 asist) edən Antonio Williams oldu. Pley-off cütləri “Şəki” – “Gəncə” “Neftçi” – “Ordu” “Sabah” – “Sərhədçi” “Naxçıvan” – “Abşeron” Teqlər: "ABL: \"Ab\u015feron\" v\u0259 \"S\u0259rh\u0259d\u00e7i\" pley-off-a y\u00fcks\u0259ldi"