ÇL: "Real Madrid" və "Bavariya" mübarizəni dayandırdı
Əziz Əzizli
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vuruldu.
Operativ Media xəbər verir ki, ilk matçda “Arsenal”a 0:3 hesabıyla uduzan “Real” bu dəfə rəqibinə azarkeşləri önündə məyus olub. Bununla da “kral klubu” 1/4 finalda mübarizəni dayandırıb.
Digər matçda isə Almaniyanın “Bavariya” klubu İtaliyada “İnter”lə bərabərə qalıb. Yekun nəticəyə görə “İnter” yarımfinala adlayıb.