Menyu

Neymar "Atletiko Mineyro" ilə matçda zədələnib

Əziz Əzizli
Neymar "Atletiko Mineyro" ilə matçda zədələnib

"Santos"un hücumçusu Neymar Braziliya çempionatının 4-cü turunun "Atletiko Mineyro" ilə matçını başa vura bilməyib.

Operativ Media xəbər verir ki, 33 yaşlı braziliyalı 34-cü dəqiqədə zədə səbəbindən əvəzlənib. Benjamin Rolheiser onun yerinə meydana çıxıb.

Əvvəllər braziliyalı zədə səbəbindən Braziliya millisinin martdakı təlim-məşq toplanışını buraxıb , həmçinin Braziliya A Seriyasında mövsümün ilk iki turunda oynamayıb. Aprelin 14-də Neymar zədədən sonra meydana qayıdıb və "Fluminense" ilə oyunda (0:1) sarı vərəqə alaraq meydanda 45 dəqiqə keçirib.

Ümumilikdə bu mövsüm Neymar bütün turnirlərdə 11 matçda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Teqlər:

"Neymar \"Atletiko Mineyro\" il\u0259 mat\u00e7da z\u0259d\u0259l\u0259nib"

Əlaqəli Xəbərlər