Klopp Braziliya və ya "Real Madrid"i çalışdıra bilər
Əziz Əzizli
Yurgen Klopp Braziliya millisini və ya Real Madridi çalışdıra bilər.
Operativ Media xəbər verir ki, bu haqda UOL məlumat yayıb.
Mənbənin sözlərinə görə, mütəxəssis "Red Bull"da qlobal futbol rəhbəri postunda özünü çox yorğun hiss edir. Qeyd olunur ki, Klopp məşqçilik fəaliyyətini bərpa etmək variantlarını nəzərdən keçirməyə hazırdır.
57 yaşlı alman 2025-ci il yanvarın 1-dən "Red Bull"un qlobal rəhbəri vəzifəsinə başlayıb. Məşqçi kimi o, "Mayns", "Borussiya" və "Liverpul"da çalışıb.
Teqlər:
"Klopp Braziliya v\u0259 ya \"Real Madrid\"i \u00e7al\u0131\u015fd\u0131ra bil\u0259r"