Menyu

Azərbaycanla Özbəkistan arasında layihələrin icrası müzakirə edilib

Əsəd Abbaslı
Azərbaycanla Özbəkistan arasında layihələrin icrası müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovla videokonfrans formatında görüşüb.

Operativ Media xəbər verir ki, görüşdə dost Özbəkistanla ikitərəfli əlaqələrin inkişafında dövlət başçılarımızın siyasi iradəsinin, yüksək səviyyəli səfərlərin, keçirilən görüş və tədbirlərin xüsusi rolu vurğulanıb.

Qeyd edilib ki, ölkələrimiz arasında investisiya qoyuluşu, Azərbaycanın sənaye zonaları, xüsusilə də Qarabağda qida və sənaye üzrə birgə istehsalın təşkili və s. istiqamətlər üzrə səmərəli tərəfdaşlıq üçün geniş potensial var. Bu imkanların reallaşdırılması istiqamətində işlər davam etdirilir.

Tərəflər Azərbaycan - Özbəkistan iqtisadi əlaqələrinin intensiv inkişafını məmnunluqla qeyd edərək, sərmayələr sahəsində əməkdaşlığın inkişafı və birgə layihələrin icrası barədə fikirlərini bölüşüblər.

Görüş çərçivəsində Azərbaycan - Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib.

İclasda qarşılıqlı investisiyaların təşviqi və biznes tərəfdaşlığının gücləndirilməsi məsələləri müzakirə olunub.

Teqlər:

"Az\u0259rbaycanla \u00d6zb\u0259kistan aras\u0131nda layih\u0259l\u0259rin icras\u0131 m\u00fczakir\u0259 edilib"

Əlaqəli Xəbərlər