
Azərbaycan I Liqasında bu gün 22-ci tur start götürüb.
Operativ Media xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.
"Cəbrayıl" "Mingəçevir"ə 2:0 hesabı ilə qalib gəlib. Autsayder "Qaradağ Lökbatan" "Baku Sportinq"i üstələyib - 1:0. "Zaqatala" isə səfərdə "Difai"yə məğlub olub - 0:1.
Qeyd edək ki, 1-ci Liqanın lideri "Qəbələ" artıq növbəti mövsüm üçün Premyer Liqaya vəsiqəni təmin edib.
Azərbaycan I Liqası
22-ci tur
17 aprel
“Cəbrayıl” – “Mingəçevir” 2:0
Qollar: M. Caniyev, 5. O. Təhməzli, 71.
Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Rizvan Süleymanov, Şamil İmanzadə.
“ASCO Arena”.
“Baku Sporting” – “Qaradağ Lökbatan” 0:1
Qol: B. Həziyev, 60.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev.
Binə qəsəbə stadionu.
“Difai” – “Zaqatala” 1:0
Qol: K. Kamta, 33.
Hakimlər: Kamranbəy Rəhimov, Vüqar Bayramov, Sənan Atayev, Mahmud Bağırzadə.
Şamaxı OİK stadionu.