İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 17 nəfər ölüb
Əziz Əzizli
İsrailin Qəzza zolağına endirdiyi yeni aviazərbələr nəticəsində azı 17 nəfər həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb .
Onun sözlərinə görə, cümə günü İsrail hərbçiləri Fələstin anklavının cənubundakı Xan Yunis şəhərinin ətrafını, eləcə də şimaldakı Cəbəliya şəhərini bombalayıb.
Martın 18-də İsrail ordusu bu sektorda döyüş əməliyyatlarını bərpa edərək, ona qarşı kütləvi zərbələr endirib və bununla da bu ilin yanvarında yaradılmış atəşkəsi pozub. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bunu Fələstinin HƏMAS hərəkatının danışıqlar zamanı vasitəçilər və ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff tərəfindən irəli sürülən təkliflərdən imtina etməsi ilə izah edib və əməliyyatın məqsədinin Qəzzada saxlanılan bütün girovları azad etmək olduğunu bildirib. Radikallar hərbi əməliyyatların yenidən başlamasında İsrail və ABŞ-ni günahlandırıblar.